Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:24

Masallıda 6 nəfərlik ailə dəm qazından zəhərlənib


Masallı rayonunun Həsənli kəndində yaşayan bir ailə dəm qazından zəhərlənib. Hadisə gecə saatlarında elektrik enerjisinin kəsilməsi səbəbindən elektrik generatorunun işə salınması nəticəsində baş verib.

ANS TV-nin bölgə müxbirinin verdiyi məlumata görə, kənd sakini Bəxtiyar Hüseynov təzə aldığı elektrik generatorunu yandırıb. Zərərçəkənin bildirdiyinə görə, generator evinin altında qoyulub və bir neçə saat fasiləsiz işləyib. B.Hüseynov halsız vəziyyətə düşdüyünü görəndə, gecə saat 4-ün yarısında digər otaqlarda yatan ailə üzvlərinə də baş çəkib və onları da ağır vəziyyətdə tapıb.
Ev sahibi dərhal təcili yardıma zəng çalıb və ailənin 6 nəfər üzvü səhər saat 6-nın yarısında dəm qazından zəhərlənmə diaqnozu ilə Masallı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda 66 yaşlı Zeynəb Məmmədovanın, 6 yaşlı İlkanənin, 7 yaşlı Zeynəbin, 9 yaşlı İlkinin və 35 yaşlı Sədaqətin vəziyyəti orta ağırdır. Ev sahibi Bəxtiyar Hüseynovun səhhətində isə yüngülləşmə hiss olunur. Xəstələr xəstəxananın intensiv terapiya şöbəsində müalicə kursu keçirlər.
XS
SM
MD
LG