Keçid linkləri

2017, 25 İyul, çərşənbə axşamı, Bakı vaxtı 14:52

«Yeni Müsavat» Müsavatdan köçdü


Qəzetin fevralın 2-də işıq üzü görəcək sayı təzə ofisdə hazırlanır
Fevralın 1-dən «Yeni Müsavat» qəzeti metronun «Neftçilər» stansiyası yaxınlığında yerləşən ofisdə fəaliyyət göstərəcək. Dərnəgül qəsəbəsindən - Müsavat Partiyasının qərargahından köç başa çatıb və qəzetin fevralın 2-də işıq üzü görəcək sayı təzə ofisdə hazırlanır.
Qəzetin redaktoru Nazim Sabiroğlu «Media forum» saytına bildirib ki, 12 mərtəbəli yeni tikilinin 2-ci mərtəbəsində yerləşən redaksiyanın 250 kvadratmetr sahəsi var: «Rahatlıqdır».
Yanvarın 26-da «Media forum»a açıqlama verən «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu telefon xətləri çəkilmədiyindən və istilik sistemi qurulmadığından ofisin tam hazır olmadığını demişdi. N.Sabiroğlu artıq bu problemlərin aradan qaldırıldığını söyləyib: «Telefonlar işləyir. İstiliyə gəlincə, bütün otaqlarda kondisioner quraşdırılıb».
Əsası 1989-cu ildə qoyulmuş «Yeni Müsavat» qəzeti 1993-cü ildən Müsavat Partiyasının başqanı İsa Qəmbərin təsisçiliyi ilə çıxır. Qısa fasilələr nəzərə alınmazsa, son 15-16 ildə «Yeni Müsavat»ın redaksiyası Müsavat Partiyasının qərargahlarında yerləşib.
Yanvarın 16-da baş redaktor Rauf Arifoğlu 2009-cu il ərzində qəzetin yeni ofisə köçə biləcəyini açıqlayıb. O, Müsavat Partiyasının ofisindən çıxmaqla qəzetin müxalif kursunun və Müsavata özəl münasibətinin dəyişməyəcəyini bildirib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG