Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:13

«Yuventus» doğma meydanda məğlub oldu


Yanvarın 31-i axşam Avropanın futbol üzrə aparıcı çempionatlarında bir sıra maraqlı qarşılaşmalar olub.
İtaliya çempionatında çempionluq uğrunda mübarizə aparan «Yuventus» gözlənilmədən doğma meydanda «Kalyari»yə məğlub olub. «Qoca sinyora»nın iki qoluna qonaqlar üç qolla cavab verib: 2-3. Digər qarşılaşmada «Napoli» «Udineze» ilə məhsuldar heç-heçəyə imza atıb: 2-2.
İngiltərə çempionatının lideri «Mançester Yunayted» «Everton»u Ronaldunun tək qoluyla yenib. «Arsenal» «Vest Hem»lə qolsuz heç-heçə edib - 0-0. «Tottenhem» səfərdə «Bolton»a 3-2, «Mançester Siti» isə «Stok Siti»yə 0-1 hesabı ilə məğlub olub.
İspaniya çempionatında isə «Real» (Madrid) səfərdə «Numansiya»nı məğlub edib. «Kral klubu»nun heyətində Raul və Robben fərqlənib. Başqa bir qarşılaşmada isə «Atletik» (Bilbao) «Malaqa»dan üstün olub-3-2.
XS
SM
MD
LG