Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:45

İraqda yerli seçkilər keçirilir


İraqda yerli seçkilərə görə təhlükəsizlik tədbirləri gücləndirilib. Yanvarın 31-də İraqın 18 əyalətdən 14-də 2005-ci ildən bu yana ilk seçki keçirilir.

Əyalət şurasındakı 440 yer uğrunda təxminən 14. 400 namizəd mübarizə aparır.

Seçkinin ilkin nəticələri gələn həftə bəlli olacaq.

Mümkün hücumların qarşısını almaq üçün sərhədlər və hava məkanı bağlanıb, Bağdad və ölkənin digər iri şəhərlərində komendant saatı tətbiq olunub, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Minlərlə polis seçki məntəqələrində təhlükəsizliyi təmin edir.

Bununla belə, secki günü Tikrit şəhərinə, səsvermə məntəqəsi yaxınlığına 3 mərmi atıldığı, xəsarət alanların olmadığı bildirilir.

Seçki ərəfəsi - ötən cümə axşamı Bağdad, Mosul və Baakubada 3 namizəd öldürülüb.

XS
SM
MD
LG