Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

Ərdoğan Davosu qalmaqalla tərk etdi


Bir də Davosa gələn deyiləm! – sözləri ilə Türkiyənin baş naziri T. R. Ərdoğan Davosda keçirilən sülh debatlarını tərk edib.

Dekabrın 29-da Yaxın Şərqdəki vəziyyətin müzakirəsi zamanı söz İsrailin prezidenti Şimon Peresə verilib. Öz ölkəsinin Qəzzadakı hücumlarının səbəbləri haqda danışaraq Peres bu hücumları pisləyən dövlətləri tənqid edib. Üzünü debatda iştirak edən siyasətçilərə tutaraq deyib:

- Hər gün başınıza onlarla, yüzlərlə raket yağdırılsaydı siz nə edərdiniz?

Peresdən sonra söz alan Ərdoğan kəskin çıxışa başlayaraq İsrailin dinc insanları öldürdüyünü deyib.

Forumun aparıcısı şam süfrəsinin açıldığını səbəb gətirərək debatlara son qoymaq istəyəndə Erdoğan özündən çıxıb.

- Prezident burada 25 dəqiqə danışdı, sizsə mənə heç 12 dəqiqədə də söz vermək istəmirsiniz?

Bunu deyərək Ərdoğan qəzəblə zaldan çıxıb.
XS
SM
MD
LG