Keçid linkləri

2026, 08 Fevral, bazar, Bakı vaxtı 10:07

Mirzə Sakitin şikayətinə gələn həftə baxılacaq

Mirzə Sakit 2006-cı ildə narkotik vasitə gəzdirməkdə ittiham olunaraq, 3 il yarım müddətinə həbs edilib
Mirzə Sakit 2006-cı ildə narkotik vasitə gəzdirməkdə ittiham olunaraq, 3 il yarım müddətinə həbs edilib
«Azadlıq» qəzetinin əməkdaşı, satirik şair Mirzə Sakitin şikayətinə gələn həftə baxılacaq. Yanvarın 29-da Bakı Apellyasiya Məhkəməsində hazırlıq iclası olub. Proses fevralın 5-nə təyin edilib.

Mirzə Sakit vaxtından əvvəl azadlığa buraxılmasıyla bağlı vəsatətinin rədd edilməsi qərarından şikayət verib.

Mirzə Sakit 2006-cı ildə narkotik vasitə gəzdirməkdə ittiham olunaraq, 3 il yarım müddətinə həbs edilib. Həbs müddətinin bitməsinə 6 ay vaxt qaldığından Mirzə Sakitin vəkili məhkəməyə müraciət edib, onun azadlığa buraxılmasını istəyib.

Qanuna görə, bəzi kateqoriyadan olan məhbuslar cəzalarının üçdə iki hissəsini çəkdikdə azadlığa buraxıla bilər.
XS
SM
MD
LG