Aprelin 18-də isə Türkiyənin Daxili İşlər naziri Abdulqadir Aksu Bakıya gəlir
Aprelin 11-də Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Milli Təhlükəsizlik Təşkilatının rəisi Emre Taneri qəbul edib. «AzərTAc» İnformasiya Agentliyi göruşdə iki ölkənin təhlükəsizlik orqanlarının əlaqələrinin səviyyəsi barədə də danışıldığını bildirir.
Aprelin 18-də isə Türkiyənin Daxili İşlər naziri Abdulqadir Aksu rəsmi səfərlə Bakıya gəlir. Bu barədə «Azadlıq» radiosuna Türkiyənin Bakıdakı səfirliyinin mətbuat müşavirliyindən bildiriblər.