Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

İkinci təşviqat qrupu qeydə alındı


18 martda keçiriləcək referendumla əlaqədar yaradılan təşəbbüs qruplarından daha biri qeydə alınıb: «Şəhər» təşəbbüs qrupu.
Mərkəzi Seçki Komissiyası Mətbuat Xidmətinin rəhbəri Azər Sarıyevin «Media forum» saytına bildirdiyinə görə, «Səhər»in qeydə alınması haqda qərar qurumun yanvarın 27-də keçirilən iclasında qəbul edilib.
İclasda həmçinin «Yeni Azərbaycan» təşviqat qrupunun səlahiyyətli nümayəndələri və 25 nəfərdən ibarət ictimai vəkilləri qeydə alınıb. MSK deputat Aydın Mirzəzadəni təşviqat qrupunun məşvərətçi səs hüquqlu üzvü kimi təsdiqləyib.
Bundan əvvəl «Yeni Azərbaycan» təşviqat qrupu qeydə alınıb.
XS
SM
MD
LG