Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:32

Ermənistan əsgərinin meyiti qoşunların təmas xəttindədir


Azərbaycan-Ermənistan qoşunlarının Ağdam istiqamətindəki təmas xəttində yanvarın 26-da bir saat davam edən atışmada Ermənistan Ordusunun üç əsgəri həlak olub, bir neçəsi isə yaralanıb. Azərbaycan Ordusu itki verməyib.
Xəbəri «Azadlıq» radiosuna Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Eldar Sabiroğlu verib.
Onun sözlərinə görə, ermənilər həlak olan əsgərlərdən ikisinin meyitini və yaralıları ərazidən çıxarsa da, bir meyit Azərbaycan tərəfdə qalıb.
Müdafiə Nazirliyi sözçüsünün dediyinə görə, meyit hələ də qoşunların təmas xəttindədir.
XS
SM
MD
LG