Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

QHT Şurası layihələrə 2 milyon 750 min manat vəsait ayırıb


2009-cu ildə Milli QHT Şurasının xətti ilə həyata keçirilən layihələrə 2 milyon 750 min manat vəsait ayrılıb. Məbləğin 2 milyonu təqdim olunan layihələrin maliyyələşdirilməsinə, 750 min manatı katibliyin işinə və beynəlxalq əlaqələrin qurulmasına xərclənəcək. 2008-ci ildə isə Şuranın gerçəkləşdirdiyi layihələrə 1,3 milyon manat vəsait ayrılmışdı.
Xəbər «Azadlıq» radiosuna Milli QHT Şurasından verilib.

Bu il təqdim olunacaq layihələr üçün 15 istiqamət müəyyən edilib. Layihələrin maksimum dəyəri 20 min manat olamalıdır. Layihələrin təqdim olunmasının son müddəti fevralın 15-dir. Layihələri üç nəfərlik ekspert qrupları qiymətləndirəcək. Bəyənilən layihələrin maliyyələşdirilməsinə martın 1-dən başlanacaq.
XS
SM
MD
LG