Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

Bir gündə 60 mindən çox iş yeri bağlandı


Avropa və Birləşmiş Ştatların aparıcı şirkətləri qlobal iqtisadi böhrana görə bir gün ərzində 60 mindən çox iş yerini bağladıqlarını elan ediblər.
Bu şirkətlərin sırasında dünyada ən böyük buldozer istehsalçısı Caterpillar, elektronika nəhəngi Filips, bank qrupu İNG (AyEnCi), Amerikanın telekommunikasiya koorparasiyası Sprint Nextel və başqalarının adları var.

Amerikanın yeni prezidenti Barak Obama deyib ki, iş yerlərinin bağlanması göstərdi ki, 825 milyard dollarlıq iqtisadi stimul planı böhranın ABŞ-a təsirinin qarşısını ala bilmədi.
XS
SM
MD
LG