Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:22

Magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yanvarın 25-də 2008/2009-cu tədris ili üçün MBA və Tempus beynəlxalq proqramları üzrə respublika ali məktəblərinin magistratura pilləsində boş qalmış plan yerlərinə keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb.
TQDK-dan verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 912 bakalavrdan 842 nəfəri imtahanda iştirak edib, 70 nəfər imtahana gəlməyib. Nəticələrə əsasən MBA proqramı üzrə 159 nəfər, TEMPUS proqramı üzrə 18 nəfər magistraturaya qəbul olub. İmtahanda toplanılan ən yüksək bal isə 90 olub.

Nəticələr TQDK-nın internet saytında yerləşdirilib.
XS
SM
MD
LG