Ermənistanda əsirlikdə olan Azərbaycan əsgəri ailəsinə məktub göndərib. Bu barədə «Azadlıq» radiosuna Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəliyinin mətbuat katibi Gülnaz Quliyeva məlumat verib.
Onun sözlərinə görə, qurumun Ermənistan nümayəndəliyinin əməkdaşları yanvarın 21-də ötən il oktyabrın 8-də erməni hərbi birləşmələri tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun əsgəri Rafiq Rəhman oğlu Həsənova baş çəkiblər:
«Onun saxlanma şəraitinin monitorinqini aparıblar. Səhhəti ilə maraqlanıblar və ailəsinə məktub göndərmə imkanı yaradıblar».
N saylı hərbi hissənin əsgəri, 1989-cu il təvəllüdlü Rafiq Rəhman oğlu Həsənov 8 oktyabr 2008-ci il tarixdə Qazax rayonu ərazisində qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb.

Əsgərin məktubu artıq atasına çatdırılıb. Rafiq Həsənovun atası Rəhman Həsənovun verdiyi məlumata görə, o, məktubda ailə üzvilərinə salam göndərib, onları hər an fikirləşdiyini deyib və ondan narahat olmamalarını istəyib.