Keçid linkləri

2024, 26 May, bazar, Bakı vaxtı 01:19

Saxlanılan müxalifətçilər hələ buraxılmayıb


Hadisə Mübariz Ağayevin (fotoda sağda) rəhbərlik etdiyi Mingəçevirdə baş verib
Hadisə Mübariz Ağayevin (fotoda sağda) rəhbərlik etdiyi Mingəçevirdə baş verib
AXCP Mingəçevir şəhər təşkilatının sədri Süleyman Kərimov yanvarın 23-də əvvəlcə icra hakimiyyətinə, daha sonra isə polisə aparılıb. Bu barədə «Azadlıq» radiosuna partiya sədrinin müavini Həsən Kərimov məlumat verib.
Onun dediyinə görə, təşkilat rəhbəri rayon icra hakimiyyəti və polisə referendumla bağlı imza toplama məsələsinə görə çağırılıb. Hələ ki rayon rəsmilərindən bu məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Sabirabadda 2-3 sutkalığa həbs edilən partiya üzvlərisə hələ buraxılmayıb. Polis hər iki şəxsin üzərində narkotik maddə aşkarlandığını deyir. Bu baxımdan da onların haqqında cinayət işinin açılacağı gözlənilir. Hər iki şəxsin yaxınları həbsdə olanlarla görüşə bilmir. Ötən gün millət vəkili Pənah Hüseyn Sabirabadda olub. O, rayon polis idarəsində və məhkəmədə olub.

Polisdə ona deyib ki, hər iki şəxsin üzərində narkotik maddə tapıldığı üçün onların nə vaxt buraxılması məhkəmənin qərarından asılı olacaq.

MSK üzvü Akif Qurbanov deyib ki, təşəbbüs qrupunun üzvündən imza vərəqinin alınması yolverilməzdir. Ümumiyyətlə, təşəbbüs qrupunun və ya seçicinin polisə aparılması tamamilə qanuna ziddir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG