Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

Arif Vəliyev deyir ki, ucuzlaşma olacaq


Bu ilin yekununda Azərbaycanda deflyasiya müşahidə oluna bilər.

Bunu Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bildirib.

A.Vəliyevin sözlərinə görə, 2009-cu ilin əvvəlindən Azərbaycanda məhsulların qiymətlərində artım müşahidə olunmayıb və artıq yanvar ayının sonunda ölkədə deflyasiyanın qeydə alınacağı gözlənilir:
«İl ərzində vəziyyət belə davam edərsə, dünyada müşahidə olunan iqtisadi hadisələr səngiməsə, Azərbaycanda 2009-cu ilin sonunda nəinki bir rəqəmli inflyasiya, hətta deflyasiya müşahidə oluna bilər».

2008-ci ilin yekunlarına əsasən, Azərbaycanda inflyasiyanın səviyyəsi 20,8% təşkil edib. Ötən ilin dekabr ayında isə noyabrla müqayisədə 0,4%, o cümlədən ərzaq məhsulları 1% ucuzlaşıb, xidmət tarifləri 0,5% bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə əvvəlki səviyyədə qalıb. / APA /
XS
SM
MD
LG