Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:49

«Bakı ilə Moskva arasında su müharibəsi»


Samur çayının axın istiqaməti dəyişsə, Azərbaycan ciddi su qıtlığı ilə üzləşə bilər
Samur çayının axın istiqaməti dəyişsə, Azərbaycan ciddi su qıtlığı ilə üzləşə bilər
«Yeni Müsavat»: «Azərbaycan tərəfi Samur çayının suyunun yalnız 6 faizindən istifadə edə bilər. Yerdə qalan suyun həcmi üçün isə mütləq pul ödənilməlidir. Özü də dünya qiymətləri ilə». Bu barədə Rusiya Dövlət Dumasının sədri Boris Qrızlov «akvaekspert.ru» saytının müxbiri ilə söhbətində bildirib.
B.Qrızlov onu da deyib ki, hazırda Azərbaycan yeni su kəməri çəkilişini həyata keçirir. «Bu kəmər Bakının su ilə təchiz edilməsini nəzərdə tutub. Güman edirəm ki, Azərbaycan bundan sonra Samurun suyunu daşıyıb aparmayacaq»- deyə B.Qrızov əlavə edib.

Qəzet yazır ki, məsələnin həlli ilə bağlı hər iki dövlət arasında hələ heç bir danışıq aparılmayıb. Rusiya mətbuatı isə bu problemi hələ də gündəmdə saxlayır. Məsələn, «Nezavisimaya qazeta»nın yazdığına görə, Azərbaycan Samur su qovşağında tikinti işləri aparır və suyun 80 faizini özünə götürür, bununla da Cənubi Dağıstanda torpaqdan istifadə edən insanların hüquqlarını pozur.

Bu arada Rusiya mətbuatı Samur çayının axın istiqamətini dəyişmək məqsədilə tezliklə yeni kanalların tikintisinə başlanılmasının vacibliyini qeyd edib. Belə olan halda isə Azərbaycan ciddi su qıtlığı ilə üzləşə bilər.

«Azadlıq»
qəzeti yazır ki, «liderlər hakimiyyəti repressiyada ittiham etdi». «Azadlıq» blokunun təsisçiləri və Eldar Namazov son günlərin hadisələri ilə bağlı birgə bəyanat yayıb.
«Azərbaycan hakimiyyəti özündə ölkənin faktiki monarxiyaya çevrilməsini ehtiva edən Konstitusiya dəyişiklikləri ilə bağlı referenduma hazırlaşdığı bir vaxtda, paralel olaraq, demokratik təsisatlara qarşı növbəti hücum kampaniyasına başlayıb. Son bir neçə gündə mülki cəmiyyət institutlarını və müxalifət partiyalarını hədəf alan ciddi repressiv addımlar atılıb».

«Ekspress»: Yanvarın 28-də Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir. Bu ərəfədəsə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bəyan edib ki, «münaqişənin həlli üçün dəqiq vaxt təyin etmək düzgün deyil» və əsas məsələ tərəflərin ortaq məxrəcə gəlməsidir. Qəzet «Davos gözləntiləri» məqaləsində belə yazır.

«Yeni Azərbaycan»: «Azərbaycan xalqı hər zaman öz iradəsini ortaya qoymağı bacarır. 2008-ci ildə bəzi bədxahların anti-dövlət çağırışlarına məhəl qoymadan dövlətin yanında yer alan xalqımız martın 18-də keçiriləcək referendumda da azad şəkildə öz rəyini bildirəcək». Müəllif yazır ki, «Azərbaycanla çoxtərəfli əməkdaşlığa malik beynəlxalq təşkilatlar referendumun da prezident seçkiləri kimi azad, şəffaf və demokratik şəraitdə keçiriləcəyinə əmindir».

«Azərbaycan» qəzeti yazır ki, «Azərbaycanda həyata keçirilən islahatlar dünyanın nüfuzlu beynəlxalq qurumlarının hesabatlarında yüksək qiymətləndirilir». «Ötən ilin yekunları bir daha göstərdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan islahatlar kursunun zənginləşdirmək müasir dövrün tələblərinə uyğun davam etdirilməsi uğurlarımızı şərtləndirən başlıca amil olmuşdur».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG