Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:11

«Sərhədsiz reportyorlar» Naxçıvanda jurnalistlərə təzyiqi pisləyir


«Vəzifəsini yerinə yetirən jurnalistlərə qarşı belə münasibət yolverilməzdir»
«Vəzifəsini yerinə yetirən jurnalistlərə qarşı belə münasibət yolverilməzdir»
«Sərhədsiz reportyorlar» beynəlxalq hüquq-müdafiə təşkilatı Naxçıvan Muxtar Respublikasının Sədərək qəsəbəsində jurnalistlərə təzyiq göstərilməsi faktını pisləyib.

Təşkilatın press-relizində deyilir ki, müxbirlər Məlahət Nəsibova, Həkimeldostu Mehdiyev, Mehman Mehdiyev və Elman Abbasov yanvarın 16-da yerli icra hakimiyyətinin nümayəndələri tərəfindən fiziki və mənəvi təzyiqə məruz qalıblar.

«Vəzifəsini yerinə yetirən jurnalistlərə qarşı belə münasibət yolverilməzdir. Azərbaycan hakimiyyətinin bu hərəkətləri ölkədə azad mətbuatın onsuz da pis olan vəziyyətini daha da pisləşdirir», - deyə press-relizdə qeyd edilib.

Hadisə jurnalistlərin bir neçə gün əvvəl itkin düşmüş Xanımzər Hüseynova və oğlu Elvi Hüseynovun taleyini araşdırmaq üçün Sədərəyə gəldikləri zaman baş verib.
/Turan/

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG