Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:30

Ban ki Mun Qəzzada gördüklərinin ürəkağrıdıcı olduğunu deyib


Qəzzaya səfər edən BMT-nin Baş katibi orada gördüklərinin ürəkağrıdıcı olduğunu deyib.
Baş katib Ban ki Mun İsraillə Həması da maksimum təmkinli olub atəşkəsə əməl etməyə çağırıb.
O, bazar günü İsraillə Həmas atəşkəs elan edəndən bəri Qəzzaya səfər edən ilk yüksək rütbəli beynəlxalq nümayəndədir.
İsrailin hücumunu «amansız» adlandıran Baş katib onlarla adamın ölümü ilə nəticələnən BMT-nin Qəzzadakı ofislərinin bombalanmasını da ciddi araşdırmağa çağırıb.
Ban ki Munun «Həmas»ın raket hücumlarına məruz qalan İsrailin Sderot şəhərinə də səfəri nəzərdə tutulub.
Qəzzada isə yanvarın 20-də İsrailin hücumlarına qarşı müqavimət göstərən Həmasın qalib gəldiyini düşünən adamların mitinqi keçirilib.
İsrail mənbələri bildiriblər ki, bu gün Qəzzadan bütün hərbi hissələrini çıxarıblar.
İsrailin bir neçə milyard dollara başa gələn üç həftəlik hərbi əməliyyatları zamanı 1300 nəfərə yaxın fələstinli həlak olmuşdu.
Həmasın raket hücumları və hərbi əməliyyatlarda 13 nəfər də İsrail vətəndaşı həlak olub.
XS
SM
MD
LG