Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:41

T.Qolts:«20 Yanvar Azərbaycanın 4 İyuludur!»


Tomas Qolts
Tomas Qolts
«20 Yanvar Azərbaycanın 4 İyuludur!» Bu müqayisəni amerikalı jurnalist və siyasi şərhçi Tomas Qolts «Azadlıq» radiosunun «İşdən Sonra» proqramında aparıb.

T.Qolts Azərbaycandakı prosesləri 20 Yanvar hadisələrindən sonra izləmək imkanına nail olub. O deyir:

«Həmin dövr əvvəlki biliklərimə düzəlişlər gətirdi. 20 Yanvar hadisələri zamanı mən İstanbulda idim. Deyirdilər ki, Azərbaycanda islam fundamentalistlərinin hakimiyyəti ələ keçirmək cəhdlərinin qarşısı alınıb.
Amma sonra gördüm ki, həqiqət tamamilə başqadır».

Tomas Qolts ABŞ-dakı Azərbaycan səfirliyi tərəfindən vaxtilə hazırlanan nəşrdə öz imzasının qoyulmasından imtina edir. Səbəb kimi də deyir ki, «mən də bütün dünya kimi düşünürdüm ki, Azərbaycanda islam inqilabının qarşısını almışdılar. Lakin yanıldım. Vicdanım yazdığım sətirlər altında imza atmağa imkan vermədi».

Jurnalist və siyasi şərhçi deyir ki, 20 Yanvara sırf azadlıq əldə etmə prizmasından yanaşmaq lazımdır:

«Əlbəttə, həmin günlərdə ölənlərə görə məyusam, kədərlənirəm. Amma nəticədə axı siz müstəqilliyi əldə etdiniz. Bu tarix sizin üçün ABŞ-da qeyd olunan Müstəqillik Günü kimi, 4 İyul kimi olmalıdır. Buna fəxrlə yanaşmaq lazımdır, ağlamaq yox».

1991-ci ildə SSRİ-nin saxlanması üçün keçirilən referendumu bu il martın 18-də baş tutacaq referendumla müqayisə etməkdən isə Tomas Qolts çəkinir:

«Mən referendum prosesini müşahidə edəndən sonra nəsə deyə bilərəm».
XS
SM
MD
LG