Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:08

Seçici siyahılarının dəqiqləşdirilməsi müddəti aprelin 8-də başa çatır


Seçici siyahılarının Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dəqiqləşdirilməsi vaxtı aprelin 8-də başa çatır. Bu haqda MSK-nın Seçkilər İnformasiya Mərkəzinin direktoru İqbal Babayev məlumat verib. Seçki Məcəlləsinə görə, səsverməyə 35 gün qalmış seçici siyahılarında əlavə və düzəlişlər edilməsini, vətəndaşların adları və ünvanlarının dəqiqləşdirilməsini seçki qurumları həyata keçirirlər. Həmin müddət tamam olan vaxtdan seçki gunünə qədər məhkəmələrə müraciət eməklə siyahılarda düzəlişlərə nail olmaq mümkündür.

Azərbaycanda nəticəsi ləğv olunmuş 10 dairə üzrə təkrar parlament seçkisi mayın 13-də keçiriləcək.


XS
SM
MD
LG