Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:16

Gəncəyə təbii qazın nəqli dayandırıla bilər


Bir aydan sonra Gəncəyə təbii qazın nəqli dayandırıla bilər. Aprelin 8-də Gəncədə keçirdiyi müşavirədə «Azəriqaz» Səhmdar Cəmiyyətinin prezidenti Əlixan Məlikov belə deyib. Cənab Məlikov bildirib ki, əgər bir ay ərzində qazpulu ödənişində artım olmasa, Gəncəyə təbii qaz verilməyəcək.

Gəncə Qaz İdarəsindən «Azadlıq» radiosuna verilən məlumata görə, bu ilin üç ayı ərzində şəhərdə qazpulu ödənişi 14 faiz təşkil edib. «Azəriqaz» SC isə, ödənişin 50 faizdən yuxarı olmasını tələb edir.


Əlixan Məlikov jurnalistlərlə söhbətində onu da bildirib ki, Ermənistanla həmsərhəd bölgələrdə qazpulu ödənişində irəliləyiş olarsa, onda sərhədyanı kəndlərə qaz xətti çəkilə bilər. Onun sözlərinə görə, 2006-cı ildə qaz təchizatının yaxşılaşdırılmasına və sayğacların quraşdırılmasına 40 milyon manat vəsait ayrılıb. Bu il həmçinin 500 min çox sayğacın quraşdırılması nəzərdə tutulub.


XS
SM
MD
LG