Nyu-Yorkun «NYMEX» mal birjasında neftin bir barrelinin qiyməti 35 dollardan aşağı düşüb.
Bu barədə «Bloomberg» məlumat yayıb. Neftin bir barreli 2,93 dollar ucuzlaşaraq, 33,58 dollara düşüb.
Buna dünya iqtisadiyyatı resessiyasının dərinləşməsi səbəb olub.
WTI markalı neftlə bağlı fevral müqavilələrinin qiyməti 2,43 dollar düşüb (34,08 dollara).
Londonun «ICE» birjasında mart qiymətləri 2,07 dollar düşərək, bir barrel neftin qiyməti 44,5 dollar təşkil edib.