Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:29

Prezidentin şəxsi fotoqrafı qəflətən vəfat edib


Yanvarın 20-də səhər Şəhidlər Xiyabanında çəkiliş apararkən dövlət başçısının şəxsi fotoqrafı Oqtay Aydınoğlu qəflətən vəfat edib. Məlumatı hadisə yerində olan «Turan»ın müxbiri yayıb.
Fotoqraf Oqtay Aydınoğlu Məmmədov AzərTAc Fotoinformasiya Baş Redaksiyasının baş redaktoru işləyirdi.

AzərTAc-dan ANS-ə verilən xəbərə görə, fotoqraf Şəhidlər Xiyabanında çəkiliş apararkən ürəyi tutub, onu Prezident Aparatına gətiriblər. Lakin Təcili Tibbi Yardım gələnədək ürək sancıları şiddətlənib və o vəfat edib.
XS
SM
MD
LG