Sənədi bu gün Moskvada Rusiyanın qaz nəhəngi Qazpromla Ukraynanın enerji şirkəti Neftoqazın rəhbərləri imzalayıblar. Hər iki ölkənin baş nazirləri də şərtlərini birgə razılaşdırdıqları bu sənədin imzalanma mərasimində olublar. Rusiyanın baş naziri Vladimir Putin qazın nəqlinin tezliklə bərpa olunacağını deyib:
- Avropa istiqmətində qazın nəqli tezliklə bərpa olunacaq. Artıq Qazprom bizim Ukraynadakı tərəfdaşlarımızın göstərdikləri bütün istiqamətlərdə və Avropadakı istehlakçılar üçün qazın nəqlinə göstəriş verib.
Putin həmçinin bildirib ki, qazı bu il Ukraynaya Avropaya satqıları qiymətdən 20% ucuz verəcəklər.
Neftoqazdan məlumat veriblər ki, Rusiyaya qazın verilməsini bərpa etdikdən sonra uzağı günyarıma həmin qazı özlərinin qərb sərhədlərinə - Avropa ölkələrinə çatdıracaqlar.
Rusiya ilə Ukrayna arasında qaz borcu və yeni müqavilə qiymətləri üstündə mübahisələrə görə iki həftə idi ki, Ukrayna və Avropaya təbii qazın verilməsi dayanmışdı.