Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

Ağır yaralılardan 3-nün vəziyyəti yaxşılaşıb


Nəsimi rayonundakı yaşayış binasında baş verən partlayışda yaralanan 4 ağır yaralıdan 3-nün vəziyyəti yaxşılaşıb.
Hazırda reanimasiya şöbəsində yalnız Qaraş Əliyev qalıb.
Bu haqda «Azadlıq» radiosuna yaralıların müalicə olunduğu Kliniki Mərkəzi Xəstəxanadan məlumat veriblər.
Yanvarın 16-sı Nəsimi rayonunda Cavadxan küçəsindəki 5 mərtəbəli binada baş verən partlayışda 5 nəfər ölüb, 10 nəfərsə yaralanıb. Yaralılardan 4-nün vəziyyəti ağır idi.
Daxili İşlər Nazirliyi partlayışla bağlı rəsmi məlumatında hadisənin qaz sızmasından baş verdiyini bildirib.
XS
SM
MD
LG