Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:54

Hüseynovların məsələsi nazirlə müzakirə olunacaq


Naxçıvanda itkin düşmüş Hüseynovla ailəsinin araşdırılması ilə bağlı hüquq müdafiəçiləri bu günlərdə Daxili İşlər naziri Ramil Usubovla görüşəcəklərini bildirirlər.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu deyir ki, bu görüş üçün bir neçə gün öncə məktubla müraciət ediblər. Onun sözlərinə görə İsmayıl Hüseynov məhz Naxçıvandakı daxili işlər orqanları tərəfindən həbs olunduğundan onlar bu məsələnin məğzini respublika daxili işlər naziri Ramil Usubovla görüşərək müzakirə etmək istəyirlər.

Novella Cəfəroğlu deyir ki, görüş bu gün ya sabah baş tuta bilər.

«Azadlıq» radiosunun Naxçıvandakı müxbiri Məlahət Nəsibova isə deyir ki, Hüseynovların yaxınlarının evlərinə qayıtdıqları xəbər verilir. Lakin yanvarın 16-da Hüseynovların evlərinə yollanan müxbir onları orada tapa bilməyib.

İsmayıl Hüseynovun oğlunu Sədərəkdə bəzədilmiş küknar ağacının işığını qırdığına görə, polis idarəsinə aparmışdılar. Ailəsi onun polisdə döyülüb saçının kəsilməsi ilə bağlı şikayət edəndən sonra polis təqibinə məruz qalıb.
XS
SM
MD
LG