Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:56

Nardaranlılar İsrail mallarını boykot etməyə çağırıblar


Aksiya iştirakçıları Fələstindəki yaralıların Azərbaycan xəstəxanalarında müalicə olunmasını istəyiblər
Aksiya iştirakçıları Fələstindəki yaralıların Azərbaycan xəstəxanalarında müalicə olunmasını istəyiblər
Yanvarın 16-da Bakının Nardaran kəndində bir qrup sakin İsrail əleyhinə aksiya keçirib. Başqa aksiyalardan fərqli olaraq bu dəfə kənd ağsaqqalları Azərbaycan hökuməti əleyhinə hər hansı şüar səsləndirməməyi məsləhət görüblər.
Çıxış edənlər İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatları pisləyiblər. Bildiriblər ki, Azərbaycan İslam Konfransı Təşkilatının üzvü kimi məsələyə öz münasibətini bildirməlidir.

Aksiya iştirakçıları Fələstindəki yaralıların Azərbaycan xəstəxanalarında müalicə olunmasını istəyiblər.

Aksiyanın qətnaməsində yazılır ki, Azərbaycan hakimiyyəti Fələstinə yardım etsin, İsraillə bütün əlaqələr kəsilsin. Nardaranlılar Azərbaycanda İsrail mallarını boykot etməyə çağırıblar.

İsrailin Qəzzada apardığı hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı min nəfəri keçib. İsrail bu əməliyyatların dinc xalqa qarşı yox, terrorçu HƏMAS təşkilatına qarşı yönəldiyini deyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG