Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:43

«MTN-in işi yalnız narkotik tutmaqdırmı?»


«525»: «MTN-nin görməli olduğu işi prokurorluq və Daxili İşlər Nazirliyi həyata keçirir»
«525»: «MTN-nin görməli olduğu işi prokurorluq və Daxili İşlər Nazirliyi həyata keçirir»
«525»: «Paytaxtın göbəyində xalq şairinə, millət vəkilinə ölüm fitvası verilir, açıq-aşkar terrora çağıran fikirlər səsləndirilir, milli təhlükəsizliyimizə birbaşa cavabdehlik daşıyan dövlət strukturu – MTN isə susur».

Qəzet yazır: «Milli təhlükəsizliyimiz üçün zəruri olan daha vacib, daha mühüm məsələlərə diqqət ayırmaqdansa, az qala hər həftə ictimaiyyətə yalnız MTN-in narkotik qaçaqmalçılığı ilə mübarizəsindən bəhs edən informasiyalar çatdırılır. Elə bil MTN ancaq narkotikaya qarşı mübarizə idarəsidir və bu mühüm dövlət qurumunun işi elə narkotik qaçaqmalçılarını zərərsizləşdirməkdən ibarətdir. Halbuki, elə vacib və ciddi məsələlər var ki, burada məhz MTN öz sözünü deməli, ciddi iş görməlidir.

Uzağa getməyək, bu günlərdə Nardaranda keçirilən mitinqlərdən birində xalq şairinə, millət vəkilinə ölüm fitvası verildi, Azərbaycanın dövlət mənafeyini müdafiə edən fikirlərinə görə digər bir neçə millət vəkilinin ünvanına isə təhqiramiz ifadələr səsləndirildi. Amma belə bir ciddi məsələyə MTN heç bir münasibət bildirmədi və susdu. Paytaxtın lap göbəyində açıq-aşkar terrora çağıran fikirlər ifadə olunur, Azərbaycana qeyri-səmimi münasibəti şübhə doğurmayan bir dövlətin mənafeyini qorumaq naminə ölkənin nüfuzlu şəxslərinin şəxsiyyəti təhdid edilir, amma bütün bunlar milli təhlükəsizliyimizə birbaşa cavabdehlik daşıyan böyük bir dövlət orqanının - MTN-in, yumşaq desək, gözündən yayınır. Üstəlik, bu məsələdə məhz MTN-nin görməli olduğu işi prokurorluq və Daxili İşlər Nazirliyi həyata keçirir. Doğrudan da həm təəccüblüdür, həm də təəssüfedici…»

«Bizim Yol» yazır ki, «hökumət büdcəni doldurmağın yollarını axtarır, elə buna görə də vergi və gömrük rüsumları artırılır». «Dövlət Sosial Müdafiə Fondu (DSMF) bəzi özəl müəssisələrdə ikili mühasibatla bağlı yoxlamalar aparmaq qərarına gəlib. Çünki vergilərin yüksək olması səbəbindən hələ də bəzi müəssisələr ikili mühasibatlıqla işləməyə məcburdur».
«Yeni Müsavat» qəzeti yeni ofisə köçür. Baş redaktor Rauf Arifoğlu deyir ki: «Qəzetin kursunu harada yerləşməsi müəyyənləşdirmir, 20 ildir ki, onu mən müəyyənləşdirirəm».
Qəzetin təsisçiliyinin kimdə qalacağı və kursunun necə olacağı məsələsinə dair suallara isə baş redaktor belə bir cavab verdi: «Mən təsisçiliyin İsa bəydə qalmasında heç bir problem görmürəm. Biz 16 ildir ki, müxalifət düşərgəsinin ən uğurlu layihəsi olan «Yeni Müsavat» layihəsində birgə iştirak edirik. İsa bəydən təsisçi olaraq çox razıyam. O, əsil demokrat ləyaqətli, doğru və güvəniləcək insandır. Onun adının qəzetimizdə olması bizə şərəf verir. Bir başqası olsaydı, biz onunla heç 16 ay da işləyə bilməzdik».

«Yeni Azərbaycan» yazır: «Azərbaycan neft və qaz amilindən siyasi məqsədləri üçün istifadə etmir və dünyada etibarlı tərəfdaş kimi tanınır». «Prezident İlham Əliyev dünyada enerji təhlükəsizliyinin ciddi problemə çevrildiyi indiki vaxtda ölkəmizin Qərbin enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak etdiyini vurğulayaraq tərəfdaşları ilə ədalətli əməkdaşlığa önəm verildiyini bəyan edib».
«Azərbaycan»: «Azərbaycan iqtisadi artım tempinə görə dünyada yenə lider mövqedədir». Qəzetin bu sərlövhəli baş məqaləsində yazılır: «Dünyada qlobal iqtisadi böhran öz təsir dairəsini genişləndirməsinə baxmayaraq, Azərbaycan bu problemdən ən yaxşı şəkildə sığortalanan ölkələr sırasındadır. Bunun nəticəsidir ki, dünyanın ən mötəbər maliyyə qurumları və digər təşkilatlar da qlobal böhranın Azərbaycana daha az təsir edəcəyini bəyan edir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG