Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:22

Azərbaycan uşaq ölümü üzrə Qafqazda liderdir


BMT-nin Uşaq Təşkilatı UNICEF dünən 2009-cu il üçün dünya uşaqlarının vəziyyəti üzrə illik hesabatını açıqlayıb. Hesabata görə, 2007-cı ildə beş yaşına qədər uşaqlar arasında ölümün ən çox yayıldığı ölkələr sırasında Azərbaycan da var. Ölkə hər min körpədən 39-nun ölümü ilə 77-cı yerdədir, yəni Cənubi Qafqaz ölkələri arasında 1-ci yeri tutur. Bu hesabatda Ermənistanla Gürcüstan daha yaxşı yerdədirlər – biri 99-cu, digəri 88-ci yerləri paylaşır. MDB ölkələrindən uşaq ölümünə görə Azərbaycanı qabaqlayan ölkələr isə Türkmənistan, Özbəkistan və Tacikistandır.

Azərbaycanda doğulan 1000 uşaqdan 34-ü isə 1 yaşına çatmamış ölür. Bu baxımdan da qonşu Gürcüstan və Ermənistanda vəziyyət daha yaxşıdır. Gürcüstanda hər min uşaqdan 27-si, Ermənistanda 22-si 1 yaşını qeyd etmədən ölür.

Cənubi Qafqaz ölkələri arasında daha fərqli rəqəm isə 2004-cü doğulan kimi ölən uşaqlarla bağlıdır. Hesabatda göstərilir ki, Azərbaycanda doğulan kimi ölən körpələr 1000 nəfərdən 35-i olduğu halda, Ermənistanda bu rəqəm 18, Gürcüstanda isə 20-dir.

Hesabat UNICEF-in bir 2006-cı ildə tamamladığı, lakin yalnız 2008-ci ilin sonunda açıqladığı rəqəmlərə əsaslanır ki, bunlar da rəsmi statistikadan bir neçə dəfə yuxarıdır.

Respublikanın baş pediatrı Nəsib Quliyev UNICEF demoqrafik araşdırmasının nəticəsini açıqlayarkən bu rəqəmlərlə razılaşmadığını bildirmişdi. Onun sözlərinə görə, əslində Azərbaycanda uşaq ölümünün sayı o hesabatda göstəriləndən xeyli aşağıdır. Onun bildirdiyinə görə, Azərbaycanda ana və uşaq ölümü ilbəil azalmaqdadır. Baş pediatr hesab edir ki, UNICEF-in araşdırması sorğuya əsaslandığından nəticələr real deyil.

Baş pediatr: "Mən o göstəricələrə baxanda ağlamağım və gülməyim tutur. O göstərcilər sorğu ilə aparılıb. Yəni soruşmaqla müəyyən edilib. Reallığı əks elətdirmir. Hər min nəfər diri doğulan uşağın 1 yaşa çatana qədər 10, 2 nəfəri tərəf olur. 5 yaşa çatana qədər min nəfərdən 15 nəfəri həlak olur. Bu 15 nəfər 2007-ci ilə aid olan rəqəmdir".

Himayədar Humanitar təşkilatının rəhbəri Himayət Rizvanqızı isə deyir ki, Dövlət Statistika Komitəsinin aldığı nəticələr həqiqəti göstərmir. O, deyir ki, Statistika komitəsi rəqəmləri qeydiyyat üzərində aparır. Amma Azərbaycanın bir xeyli kəndi var ki, orada hamilə qadınlar müəyyən səbəblər üzündən qadın məsləhətxanasında qeydiyyatdan keçmirlər və buna görə də onların nə dünyaya gələn, nə də ölən körpələri qeydiyyata alınmır və Statistika komitəsinin nəticələrində yer almır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG