Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:06

Peyk vasitəsi ilə «Azadlıq» radiosunu necə dinləmək olar?


«Azadlıq» radiosunu el arasında «Avropa sputniki» deyilən Hotbird 13 dərəcə peykində həm TV (ekranda «VOA TV» göstərir, amma «Azadlıq» radiosunun səsi gəlir), həm də radio siyahısında (pultda TV/R düyməsini basın) tutmaq olur. Yaxşı olar ki, siz «Azadlıq»ı elə TV siyahısında tutasınız, çünki bu zaman ekranda həm də maraqlı elmi-publisistik verilişləri izləyə bilərsiniz.

Beləliklə, peykdə kanallara ümumi axtarış verib tapılan 1800-1900 müxtəlif kanallar siyahısından «IBB VOA RFERL Ra» adlı və ya oxşar adlı kanallardan birini seçin (şəklə baxın). Sonra həmin kanalın 2-ci Audio cığırında («дорожка»), sağ rejimini («правый») seçsəniz (şəkildəki kimi) «Azadlıq»ın səsini eşidə bilərsiniz!

Bir şeyi qeyd edək ki, radionu peykdə tutan zaman yaxşı olar ki, bu prosesi canlı efir vaxtında, yəni

08.00-10.00
12.00-13.00
14.00-15.00
17.00-19.00
20.00-21.00
23.00-24.00

saatlarında edəsiniz, çünki canlı efir aralığında radioda musiqi və ya ingilis dilində başqa verilişlər yayımlanır...

Başqa çətinliklərlə rastlaşdıqda xahiş edirik, bizə – aşağıdakı nömrələrə zəng edəsiniz:

012 436-77-40
050 213-56-30

və ya efir@azadliqradiosu.az e-mail adresinə məktub yazasınız, sizə xidmət göstərməkdən çox məmnun olardıq!

Sizin və bizim Azadlığımız uğrunda!



XS
SM
MD
LG