Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 23:39

AŞPA Azərbaycanın xarici radiolarla bağlı qərarından məyusdur


AŞPA-nın prezidenti Luis Mariya de Puç və Avropa Şurasının Nazirlər Komitəsinin sədri Angel Moratinos bəyanat verib
AŞPA-nın prezidenti Luis Mariya de Puç və Avropa Şurasının Nazirlər Komitəsinin sədri Angel Moratinos bəyanat verib
«Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanda xarici radioların lisenziyalarının yenilənməməsinə çox məyus olur. Bu informasiya plüralizminə mane olur, Azərbaycan xalqının maraqlarına zərbə vurur».

AŞPA-nın prezidenti Luis Mariya de Puç və Avropa Şurasının Nazirlər Komitəsinin sədri Angel Moratinosun bəyanatında belə deyilir.
Bəyanatda bildirilir ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına qəbul olunanda mətbuat, fikir azadlığıyla bağlı öhdəliklər götürüb. Bu öhdəliklər demokratik cəmiyyətin funksionallığı üçün əsas şərtlərdən biridir.

AŞPA Azərbaycanda xarici radioların lisenziyalarının yenilənməməsinə çox məyus olur. Bu informasiya plüralizminə mane olur, Azərbaycan xalqının maraqlarına zərbə vurur. Plüralizm demokratik cəmiyyətin əsas prinsiplərindən biridir. Ümid edirik ki, Azərbaycan hökuməti qərara yenidən baxacaq və təcili addımlar atacaq.

Avropa Şurası Azərbaycana bu işdə kömək eləməyə hazırdır. AŞPA rəsmilərinin bəyanatında belə deyilir.
MTRŞ-in qərarı ilə bu il yanvarın 1-dən Azərbaycanda fəaliyyət göstərən üç xarici radionun – «Azadlıq», «Amerikanın Səsi» və BBC-nin milli tezlikdə yayımı dayandırılıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG