Keçid linkləri

2017, 29 May, Bazar ertəsi, Bakı vaxtı 17:35

Qənimət Zahidin apellyasiya şikayəti təmin edilməyib


Qənimət Zahid xuliqanlıqda və qəsdən sağlamlığıa az ağır zərər vurmada günahlandırılaraq, 4 il müddətinə həbs cəzası alıb
Yanvarın 14-ü Bakı Apellyasiya Məhkəməsində hakim Mirzə Tağızadənin sədrliyi ilə «Azadlıq» qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidin 300 səhifəlik əlyazmanın qaytarılması ilə bağlı 1 saylı Bayıl istintaq təcridxanasının rəhbərliyinə qarşı qaldırdığı iddia üzrə apellyasiya şikayətinə baxılıb.

İddiaçı tərəfin nümayəndəsi Fariz Namazlının «Turan»a verdiyi məlumata görə, məhkəməyə bir neçə vəsatət təqdim edilib.
Vəkil Qənimət Zahidin məhkəməyə gətirilməsi, baş redaktorun kamera yoldaslarının şahid kimi prosesə çağırılması və istintaq təcridxanasının rəisi Misir Əliyevin izahatının alınması barədə vəsatətlər qaldırıb.

Ancaq hakim vəsatətləri təmin etməyib. Daha sonra hakim apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnaməni elan edib. Səbail Rayon Məhkəməsinin qərarı dəyisdirilmədən saxlanılıb.
Bu iş üzrə Ali Məhkəməyə müraciət edəcəklərini bildirən iddiaçının nümayəndəsi «Bizim məqsədimiz Avropa Məhkəməsinə getməkdir», - deyə qeyd edib.
Bayıl istintaq təcridxanasına yerləşdirildikdən sonra baş redaktor kitab yazmağa başlayıb, lakin bir müddət sonra təcridxana rəhbərliyi əlyazmanı ondan alıb və geri qaytarmayıb. Səbail Rayon Məhkəməsi Qənimət Zahidin iddiasını təmin etməyib.

Qənimət Zahid xuliqanlıqda və qəsdən sağlamlığıa az ağır zərər vurmada günahlandırılaraq, 4 il müddətinə həbs cəzası alıb. Lakin beynəlxalq ictimaiyyət onu vicdan məhbusu sayır və azad edilməsini tələb edir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG