Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 12:24

«Nabukko» Avropa İttifaqı üçün prioritet olmalıdır


Avropa İttifaqına sədrlik edən Çexiyanın baş naziri Mirek Topolanek Avropada yeni enerji təhlükəsizliyi sistemi yaratmağa çağırıb.
Xüsusən, Topolanek 120 günlük neft və qaz ehtiyatı yaradılmasının və enerji resurslarının alternativ ixrac marşrutlarının axtarılmasının tərəfdarı olduğunu bildirib.

Topolanek bildirib ki, Rusiya və Ukrayna arasında münaqişə Avropa İttifaqını Avropada enerji təhlükəsizliyinə böyük diqqət yetirməyə məcbur etməlidir.

Baş nazir İttifaqa Xəzər qazını Türkiyə vasitəsilə Avropaya çıxarmaq imkanı verən qaz kəmərinin tikintisini «ali prioritetə» çevirməyi təklif edib. «Turan» bu məlumatı «Associated Press»ə istinadən yayıb.
XS
SM
MD
LG