Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 10:15

Rusiya Ermənistana silah verməsini təsdiqləmir


Rusiya Ermənistana silah verməsi haqda məlumatların yayılmasını informasiya təxribatı kimi qiymətləndirir
Rusiya Ermənistana silah verməsi haqda məlumatların yayılmasını informasiya təxribatı kimi qiymətləndirir
Rusiyanın Müdafiə Nazirliyinin mətbuat xidməti və informasiya idarəsinin rəisi Aleksandr Drobışevski Moskvanın Ermənistana silah verilməsi faktını təsdiq etməsi barədə məlumatı təkzib edib. «Turan» xəbər verir ki, jurnalistlərlə söhbətində o, bildirib ki, Rusiyanın müdafiə idarəsi Azərbaycanlı həmkarlarının bu məsələ ilə bağlı sorğusunu alıb və bu sorğuya cavab hazırlanır:
«Rusiyanın Ermənistana silah verməsinin heç bir təsdiqi yoxdur, olmayıb. Biz bu növ məlumatların yayılmasını informasiya təxribatı kimi qiymətləndiririk»-, deyə Drobışevski əlavə edib.

O, həmçinin qeyd edib ki, «polkovnik Aleksandr Petrunin vəzifə öhdəliklərinə görə heç kimə belə şərhlər vermək hüququna malik deyil». Nazirliyin mətbuat katibi Aleksandr Petrunin «ANS»ə müsahibəsində Rusiyanın Ermənistana silah ötürməsi faktını təsdiq etmişdi.

Xatırladaq ki, söhbət Gümrüdəki 102-ci Rusiya hərbi bazasından Ermənistana 800 mln. dollar dəyərində hərbi texnika və silah verilməsindən gedir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG