Bolqarıstan Çex Respublikasının Avropa Birliyinə sədrliyini təmsil edən mozaikanı özünə təhqir kimi qəbul edib. Brüsseldə açılan bu mozaikada Çex memarı David Çernı Avropa Birliyinə daxil olan 27 ölkənin hər birini bir simvolla verib. Bolqarıstanı isə türk tualeti kimi göstərib. Bolqarıstanın Avropa Birliyindəki daimi nümayəndəsinin mətbuat katibi Betina Yoteva deyib ki, bu, çox təhqiredicidir və Çexiyaya etiraz notası göndərilməlidir.