Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:32

Vətəndaş nə vaxt rüşvət verir?


«Vətəndaş qanunlara arxalanmadığı üçün rüşvət verir»
«Vətəndaş qanunlara arxalanmadığı üçün rüşvət verir»
Dinlə

«Azərbaycanda korrupsiyaya qarşı mübarizəyə güclü müqavimət var». Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov «Azadlıq» radiosunun «Şəffaflıq» verilişinə belə deyir.

Onun sözlərinə görə, beş il əvvəl qəbul edilən «Korrupsiyaya qarşı mübarizə haqqında» qanunun bir çox müddəalarına əməl olunmur:

«Korrupsiyalaşmış məmura heç vaxt sərf etmir ki, korrupsiya ilə bağlı qanunlar tam icra olunsun».

V.Mövsümov deyir ki, qanun normal icra olunmayanda, tərəzinin gözündə rüşvət həmişə ağır olur.

Tacirlər və İstehsalçılar Birliyinin rəhbəri Sevgim Rəhmanovsa deyir ki, qanunlardakı boşluqlar, Azərbaycan vətəndaşlarının məmur olmaq istəyini xeyli artırır.

O bildirir ki, məmurların əməkhaqqı sahibkarın maaşından xeyli az olsa da, Azərbaycanda hamı məmur olmaq istəyir, çünki orda rüşvət var.

Amma buna baxmayaraq birlik rəhbəri hesab edir ki, qanunların normal işləməməsi, məmurların rüşvət alması vətəndaşların az maariflənmsilə bağlıdır.

S.Rəhmanov hesab edir ki, vətəndaş qanunlara arxalanmadığı üçün rüşvət verir. Onun sözlərinə görə, qanunların işləməsi üçün mexanizm olmalıdır. Bu olmayanda yuxarıların qəbul etdiyi qərar və qanunlar aşağılara çatmayacaq.

Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümovsa problemin kökündə qanunun təkmil olmamasını da görür.

Bu baxımdan da o deyir ki, sənədin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılmasıyla bağlı parlamentə müraciət etməyi planlaşdırırlar.

V.Mövsümov bildirir ki, onlar beynəlxalq konvensiyalarda olan qanunsuz varlanma məsələsinin Azərbaycanın korrupsiyaya qarşı mübarizə qanunu və proqramında yer almağını istəyirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG