Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

Dinlərarası Məşvərət Şurasının iclası təxirə salınıb


YUNESKO tərkibində fəaliyyət göstərən Dinlərarası Məşvərət Şurasının yanvarın 15-də keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb. Bu xəbər «Turan»a məlumatlı mənbələrdən daxil olub.

Xəbərə görə, iclasın təxirə salınması Rusiya pravoslav kilsəsində patriarx seçkilərinin yubanması ilə bağlıdır. İclasın Moskva və bütün Rusiya patriarxı seçkilərinə qədər təxirə salına biləcəyi istisna edilmir. Belə ki, ilk iclasın birinci şəxslər səviyyəsində təşkili üçün patriarx seçkilərinin gözlənilməsi daha məqbul sayılıb.

Daha sonra, mənbə qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) İslam Konfransı Təşkilatı (İKT) çərçivəsində Fələstin məsələsinin müzakirəsilə bağlı müraciətini artıq təşkilat rəhbərliyinə göndərib. Müraciətin cavabına gəlincə, mənbə bu konfransın təşkilinin adı çəkilən müraciətə cavab olacağını bildirib.

Agentlik QMİ-nin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin hazırda Səudiyyə Ərəbistanında konfransda olduğunu və 20 yanvar hadisələrinin növbəti ildönümünə kimi vətənə dönəcəyini bildirir.
XS
SM
MD
LG