Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:21

MTN polis zabitinin başçılıq etdiyi qrupu zərərsizləşdirib


Milli Təhlükəsizlik Nazirliyinin Gəncədə əməliyyat keçirdiyi təsdiqlənib
Milli Təhlükəsizlik Nazirliyinin Gəncədə əməliyyat keçirdiyi təsdiqlənib
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Gəncə şəhərində əməliyyat keçirib. 16 kq narkotik vasitə tutulub.
Hüquq-mühafizə orqanlarından APA-ya daxil olan məlumata görə, külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olan qrupa Gəncə şəhər Nizami rayon Polis Şöbəsinin növbətçi hissəsinin əməkdaşı, mayor Elsevər Nəbiyev başçılıq edib. Məlumatda əməliyyat nəticəsində bir neçə nəfərin həbs edildiyi, E.Nəbiyevin isə qaçmağa nail olduğu bildirilir. Hazırda onun tapılması üçün əməliyyat-axtarış tədbirləri aparılır.

MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya məlumatı təsdiqləyərək bildiriblər ki, faktla bağlı toplanmış materiallar aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə göndərilib.

DİN mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə APA-ya bu barədə məlumatsız olduğunu deyib.
XS
SM
MD
LG