Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

Jurnalist polisdə dindiriləcək


Ötən həftə bir qrup dindar İsrailin Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd edərkən Əfqan Muxtarlı polis zorakılığına məruz qalıb, fotoaparatı əlindən alınıb
Ötən həftə bir qrup dindar İsrailin Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd edərkən Əfqan Muxtarlı polis zorakılığına məruz qalıb, fotoaparatı əlindən alınıb
Polisin ona xətər yetirdiyini iddia edən «Yeni Müsavat» qəzetinin əməkdaşı Əfqan Muxtarlı yanvarın 13-ü polisdə ifadə verməlidir.
Bu haqda «Azadlıq» radiosunun «Xəbər-ətər» proqramına Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı məlumat verib.
Onun sözlərinə görə, bu da müxbirin Daxili İşlər Nazirliyinə və Respublika Baş Prokurorluğuna müraciətindən sonra mümkün olub.
Ötən həftə bir qrup dindar İsrailin Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd edərkən Əfqan Muxtarlı polis zorakılığına məruz qalıb, fotoaparatı əlindən alınıb.
Jurnalist iddia edir ki, hadisə Yasamal rayon polis rəhbərliyinin gözü qarşısında baş verib. Ona görə də bu məsələnin polis şöbəsində deyil, nazirlikdə araşdırılmasını istəyib.
Rəşid Hacılı hesab edir ki, polisin əməlində cinayət tərkibi var:
«Jurnalistin qanuni peşə fəaliyyətinə maneə yaradılıb və üstəlik də bədəninə xəsarət yetirilib. Bu məsələ araşdırılmalıdır. Yəqin ki, cənab nazir də bu işə nəzarət edir. Mən bildiyimə görə, artıq reaksiya var. Çünki jurnalisti dindirmək üçün artıq polisə dəvət ediblər».
Bu arada Media Hüququ İnstitutu hüquq-mühafizə orqanlarını Əfqan Muxtarlını döyən polisləri məsuliyyətə cəlb etməyə çağıran bəyanatla da çıxış edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG