Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:39

«Putin uzağı bir ilə gedir…»


Prezident Dmitri Medvedev baş nazir Vladimir Putini və onun başçılıq etdiyi hökuməti tənqid edib
Prezident Dmitri Medvedev baş nazir Vladimir Putini və onun başçılıq etdiyi hökuməti tənqid edib
Rusiya prezidenti Dmitri Medvedev baş nazir Vladimir Putini və onun başçılıq etdiyi hökuməti tənqid edib.

Rusiya przidenti Dmitri Medvedev baş nazir Vladimir Putinin rəhbərlik etdiyi hökuməti iqtisadi böhranla mübarizə aparmaq üçün çox ləng işləməkdə ittiham edib. Biznes rəhbərlərinin iştirak etdiyi görüşdə Medvedev deyib ki, 3 ay əvvəl planlaşdırılan işin cəmi 30 faizi yerinə yetirilib. Rusiya prezidentinin bu məzəmməti gözlənilməzz olub. Çünki o, şəxsən indiki baş nazir və əvvəl prezident olmuş Vladimir Putin tərəfindən prezident postuna irəli sürülüb.
Politoloqlar təxminən bir il əvvəl verdikləri proqnozların doğrulduğunu düşünürlər. Həmin politoloqlardan biri də Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu idi. O radiomuzun «Xəbər-Ətər» proqramına deyib ki, son bir ildə dayaqlarını möhkəmlədən Medvedev Putinə qarşı cəbhəyə keçir. Bu isə sadə bir məntiqlə izah olunur:
«Hakimiyyət elə bir şeydir ki, heç kim onu bölüşmək istəmir və heç kim könüllü şəkildə oyuncaq rolunu oynamaq istəmir. Bu gün Rusiyada böyük oliqarx ordusu var. Həmin ordu ağlasığmaz həcmdə sərvət toplayıb. Oliqarxlara isə mülayim, tarazlı siyasət aparacaq siyasətçi lazımdır. Həmin şəxs isə Putin deyil, Medvedevdir!»

Ərəstun Oruclunun qənaətincə, Rusiya oliqarxları dayaq və istinad yeri kimi Putini, onun əlindəki «FSB» və ya «KQB» arsenalını deyil, Medvedevi, ona dünyadakı pozitiv münasibəti, inetellektual imici və iqtisadi təfəkkürü seçir: «Medvedevin hökumətin ünvanına tənqidi fikir səsləndirməsi Rusiya oliqarxiyasında dayaqlarının möhkəmlənməsindən xəbər verir. Məncə, bu proses uzaqbaşı bir il, ilyarım çəkəcək. İl yarıma Putin siyasi karyerası ilə vidalaşacaq».

Azərbaycanlı politoloqa görə, qlobal böhran Putinin gedişini daha da sürətləndirəcək. Çünki böhran Rusiya üçün daha ağrılı keçir. Və Medvedev artıq bu bəyanatla gələcəkdə maliyyə uğursuzluqlarını Putinin üstünə atmağa hazırlaşır. Bu gələcəyə, özü də yaxın gələcəyə hesablanmış addımdır:

«Maliyyə böhranının neft dövlətləri və iqtisadi azadlıqları olmayan kortəbii avtoritar ölkələr üçün ağırlığı mart-iyul aylarına düşür. Azərbaycandan fərqli olaraq Rusiyada hakimiyyət bölgüsü formal da olsa mövcuddur. İqtisadiyyata görə məsuliyyət daşıyan prezident yox, baş nazirdir. Bütün avtoritar, totalitar rejimlər, iqtisadi azadlıqlar olmayan ölkələr üçün iqtisadi fəlakət qaçılmazdır. Putin də uğursuzluqla üzləşəcək və tarixi rolu ilə hesablaşmalı olacaq. Necə deyərlər, mavr işini gördü, mavr gedə bilər».

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri deyir ki, böhran təkcə Rusiyada yox, Azərbaycanda da çaxnaşmalara səbəb olacaq. Məsələn, Azərbaycanda sosial problemlər fonunda iğtişaşlar başlaya bilər, hakimiyyət daxilində parçalanma baş verə bilər.
XS
SM
MD
LG