Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:21

Baş nazir işdən çıxandan sonra varlanır


Baş nazir Toni Bleyer Dauniq Stirt 10-u tərk edir. 27 iyun 2007
Baş nazir Toni Bleyer Dauniq Stirt 10-u tərk edir. 27 iyun 2007
Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer vəzifədən getdikdən sonra iki il ərzində böyük həcmdə pul qazanıb - 15 milyon funt sterlinq.
«The Sunday Times»ın xəbərinə görə, Bleyer müxtəlif auditoriyalarda çıxış edir və bunun müqabilində yüksək səviyyədə qonorar alır. 90 dəqiqəlik mühazirə üçün keçmiş baş nazirin agentləri təxminən 250 min dollar (164 000 funt sterlinq) pul istəyirlər.

Sabiq baş nazir Morgan Chase JP bankının beynəlxalq şurasının üzvü olduğu üçün 2 milyon funt sterlinqə yaxın pul alır. Bundan əlavə o, sığorta şirkətindən və müxtəlif qurumlardan da vəsait alır.

Qəzetin məlumatına görə onun qazancı İngiltərənin digər sabiq baş nazirlərindən dəfələrlə çoxdur.
XS
SM
MD
LG