Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:29

Bin Ladenin sürücüsü azadlığa çıxdı


«Əl-Qaidə» beynəlxalq terror şəbəkəsinin başçısı Usama bin Ladenin sürücüsü Səlim Əhməd Hamdan cəzasının çəkib qurtardığı üçün azadlığa buraxılıb. O, cəzasını Yəməndə çəkirdi. Adının açıqlanmasını istəməyən Yəmən rəsmiləri məlumatı təsdiqləyib və Hamdanın şənbə günü sərbəst buraxıldığını bildiriblər.
«Bir nömrəli terrorçu»nun sürücüsü 2001-ci ildə Əfqanıstanda həbs olunub. O, Quantanamoda saxlanılıb və terrora dəstək göstərməkdə ittiham olunub. Sonradan 40 yaşlı Hamdan öz vətəni Yəmənə ekstradisiya edilib.
XS
SM
MD
LG