Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:37

«Ora bizim vətənimizdir…»


Azərbaycanda məskunlaşan Ahıska türklərindən 12 min ailə artıq geri - Gürcüstana dönmək istəyir
Azərbaycanda məskunlaşan Ahıska türklərindən 12 min ailə artıq geri - Gürcüstana dönmək istəyir
«Ora bizim vətənimizdir. Hansı çətinliyi olur olsun hər bir insanın öz vətənində yaşama haqqı var və bu çətinliklərə də dözməlidir. O torpaqlar bizim ata-baba torpaqlarımızdır».

Bunu indi Azərbaycanda yaşayan vaxtilə Gürcüstanın Ahıska vilayətindən sürgün edilmiş Rza Felezi deyir. O, bildirir ki, bütün çətinliklərə baxmayaraq onlar verilmiş imkandan istifadə edərək Gürcüstandakı indi Samsxe Cavaxeti rayonunda yerləşən ata-baba torpaqlarına geri dönəcək və bunun üçün artıq müraciət edib.

Azərbaycanda məskunlaşan Ahıska türklərindən 12 min ailə artıq geri - Gürcüstana dönmək üçün Ahıska türklərinin «Vətən» Cəmiyyətinə müraciət edib. Cəmiyyətin sədri İbrahim Burhanov deyir ki, beləliklə də Azərbaycanda məskunlaşan 70 min Ahıska türkünün 40 mini ərizəçi qismində çıxış edib.
Bu ərizələrdən də 1728-i ingilis dilinə tərcümə edilərək və notarius təsdiqi ilə Gürcüstan hökumətinə ötürülüb. İbrahim Burhanov bildirir ki, Ahıska türklərinin geri dönməsi daha çox türklərdən və ya Gürcüstan tərəfindən yox, beynəlxalq təşkilatlardan asılıdır. Daha çox Avropa Şurası və BMT kimi təşkilatlardan. O bildirir ki, bu insanlara maddi yardım olunmalıdır, çünki daim immiqrasiyada olan insanların buna imkanı yoxdur. İbrahim Burhanov deyir ki, Ahıska türklərinin 2009-cu ilin yanvarın 1-dək verilən vaxt daha altı ay uzadılıb və, bu altı ay da onlara kifayət etməzsə, onlar bu vaxtın daha da uzadılmasını istəyəcəklər. Onun sözlərinə görə müraciətə üçün vaxta məhdudiyyət qoymaq düzgün deyil. Çünki Ahıska türklərinə geri dönmə üçün vaxt lazımdır. Onlar getmək üçün əmlak və iş problemlərini yerinə qoymalıdırlar, əgər Gürcüstan tərəfi də belə əmlak yardımı ilə kömək etsə bu onlar üçün daha asan olardı.
«Biz bu yardımaları beynəlxalq qurumlardan, beynəlxalq təşkilatlardan və imkanı olan Ahıska türklərindən tələb edəcəyik. İnşallah hər yerdən maliyyə mənbələri tapılacaq. Əsas odur ki, Gürcüstan müraciət edən hər bir Ahıska türkünə status versin».
İbrahim Burhanov deyir ki, Gürcüstanda hazırda köçmüş 51 ailədən ibarət Ahıska türkü var, lakin onlar status alanlar deyil. Çünki, ərizə verilmə müddəti dayandırıldıqdan sonra onların ərizələrinə baxılma prosesi başlayacaq. Beləliklə də statusun verilməsinə 2010-cu ilin yanvarında başlanacaq.

Bakıda yaşayan Ahıska türkü Mərdəli Süleymanovun dediyinə görə geri dönmək istəyən soydaşlarının əksəriyyəti maddi problemlə üzləşəcəklər:
«Heç bir dövlətdən heç bir maddi təminat yoxdur. Nə Azərbaycan bu gün deyə bilmir ki, bizi sizin daşınan və daşınmaz əmlakını satın alacağıq. Nə də Gürcüstan deyə bilmir ki, sizə 5 manat, 3 manat, 10 manat köməklik edəcəyik. Heç nə yoxdur ortalıqda. Yağışdan çıxıb yağmura düşdük məsələsidir. Hazırda Azərbaycandakı Ahıska türklərinin əksəriyyəti kənd yerlərində yaşayır, torpaq və təsərrüfatla məşğul olur. Gürcüstanda da eşidiblər ki, türklər gəlir, 5 manatlıq əmlak 15 manat olub».

Mərdəli Süleymanovun deyir ki, ən yaralı yeri odur ki, onların müraciət etdikləri ərizə sənədlərində ata baba torpaqları olan Ahıskaya dönə biləcəkləri göstərilmir.

Ahıska türklərinin «Vətən» cəmiyyətin sədri İbrahim Burhanov deyir ki, qanunda Gürcüstanın harasına köç edilməsi dəqiq göstərilməyib. Qanunda göstərilir ki, hər bir insan status aldıqdan sonra hara köç etməsinə özü qərar verir. Sadəcə Ahıska türkləri indiyə qədər yazdıqları sənədlərdə yalınız Ahıskanı getmək istədikləri yer kimi göstəriblər.

Gürcüstan parlamentində Ahıska türklərinin öz doğma torpaqlarına qayıtmasını təmin edən sənədi 2007-ci ilin iyununda qəbul edildi. Qanun layihəsi ahıska türklərinin Gürcüstana qayıtmasını, sənədlərin verilməsi qaydalarını, repatriant statusunun və vətəndaşlığın alınmasını nəzərdə tutur.
XS
SM
MD
LG