Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:21

Ukrayna beynəlxalq komissiyanın yaradılmasıyla razılaşıb


Timoşenko Çexiyanın baş naziri Topolaneklə danışıqlardan sonra sənədi imzalayıb
Timoşenko Çexiyanın baş naziri Topolaneklə danışıqlardan sonra sənədi imzalayıb
Avropaya qazın nəqlini müşahidə edəcək beynəlxalq komissiyanın yaradılmasıyla bağlı sənədi Rusiyanın ardınca Ukrayna da imzalayıb. Sənəd Kiyevdə Ukraynanın baş naziri Yuliya Timoşenkoyla hazırda Avropa Birliyinə sədrlik edən Çexiyanın baş naziri Mirek Topolanek arasında aparılmış danışıqlardan sonra imzalanıb.
Rusiyanın baş naziri Vladimir Putin bundan əvvəl demişdi ki, Avropaya qazın nəqli yalnız beynəlxalq müşahidəçilərin işə başlamasından sonra mümkündür.
Rusiya Ukraynanı Avropaya gedən kəmərlərdən qaz oğurlamaqda günahlandırır.Ukrayna isə ittihamı rədd edir.

Ukraynanın qaza görə olan borcu və yeni qiymətlə bağlı mübahisəyə görə Rusiya Ukrayna və Avropaya qaz verilməsini dayandırıb.
XS
SM
MD
LG