Keçid linkləri

2025, 25 May, bazar, Bakı vaxtı 08:40

Əhməd Necdət Sezər Artur Rəsizadə ilə görüşüb


Tərəflər qarşılıqlı mal dövriyyəsinin artaraq 1 milyard dollara çatacağına ümid etdiklərini bildiriblər
Aprelin 5-də Türkiyə prezidenti Əhməd Necdət Sezər Baş nazir Artur Rəsizadə ilə görüşüb. Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə ölkələr arasında əməkdaşlığın inkişafı, regional layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. Tərəflər qarşılıqlı mal dövriyyəsinin artaraq 1 milyard dollara çatacağına ümid etdiklərini bildiriblər.

Türkiyə prezidenti aprelin 5-də «Heydər Əliyev» adına Fonda da baş çəkib. Bundan sonra o Ankaraya yola düşüb.


Ə.N.Sezər Bakıya aprelin 4-də gəlmişdi. Prezident İlham Əliyevlə keçirdiyi birgə brifinqdə Türkiyənin Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə çalışdığını, bu problemin həllində Ankaranın Bakının yanında olacağını demişdi.


Səfər zamanı tərəflər hər hansı sənəd imzalamayıb.


XS
SM
MD
LG