Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

Tərtər rayonunda əsgər ölüb


Tərtər rayonundakı «N» saylı hərbi hissədə qulluq edən əsgər Vüsal Camalov əsgər yoldaşının ehtiyatsızlığı nəticəsində ölüb.

Bu barədə «ANSpress»ə Siyəzən rayon hərbi komissarı Şikar Məniyev məlumat verib:

«Hadisə üç gün əvvəl baş verib. Əsgər yoldaşının ehtiyatsızlığı nəticəsində V.Camalov bud nahiyəsindən güllə ilə yaralanıb. Əsgər Sarıcalı Hərbi Hospitalında müalicə edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb».

Faktla bağlı Tərtər rayon Hərbi Prokurorluğunda cinayət işi açılıb.
XS
SM
MD
LG