Milli Məclisin bu protokolun müzakirə edildiyi iclasında müxalifətdən olan millət vəkili Pənah Hüseyn də 2003-cü ilin 16 oktyabr hadisələri ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etdiyini dedi: «Bir çox vətəndaşlar da məhz Azərbaycan məhkəmələrinin fəaliyyətindəki qanunsuzluqlara görə müraciət etməyə məcbur olurlar. Qanunsuzluqlar bu gün də davam edir, ədalətli məhkəmə hüququ təmin olunmur».
2006-cı il yanvarın 1-nə olan məlumata görə, Azərbaycandan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə 1050 şikayət göndərilib. Onlardan 800-i qəbul edilməyib, 150-i icraata götürülüb, qalanları isə düzgün tərtib olunmaq üçün geri qaytarılıb.