Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 21:56

Son iki ildə BQXK-nın yardımı ilə 8 Azərbaycan vətəndaşı əsirlikdən azad edilib


Son iki ildə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) yardımı ilə 8 Azərbaycan, 10 Ermənistan vətəndaşı əsir və girovluqdan azad edilib. Bu məlumat aprelin 4-də BQXK-nın Bakıda olan prezidenti Yakob Kellenberqlə Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun görüşündə səslənib. Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədər Dövlət Komissiyasının məlumatına görə, Eldar Mahmudov itkin düşmüş 4617 Azərbaycan vətəndaşından 783 nəfərinin hazırda Ermənistanda və işğal altında olan Azərbaycan ərazilərində saxlanması haqqında məlumatların olduğunu da BQXK prezidentinin nəzərinə çatdırıb.
XS
SM
MD
LG