Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:50

Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzənin əməkdaşı saxlanıb


Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Vüqar Əliyev Azər Səmədovun 2003-cü ilin 16 oktyabr hadisələrində ittiham olunduğunu deyir

Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzənin (DEVAMM) rəhbəri İlqar İbrahimoğlunun verdiyi məlumata görə, aprelin 4-də qurumun Qafqaz üzrə Mərkəzinin rəhbəri Azər Səmədovu Tbilisidə Gürcüstanın hüquq-mühafizə orqanları saxlayıb. Cənab İbrahimli saxlanmanı qanunsuz sayır. Onun fikrincə, Azər Səmədov siyasi motivlərlə təqib olunur.

Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Vüqar Əliyev isə «Azadlıq» radiosuna bildirib ki, Azər Səmədov 2003-cü ilin 16 oktyabr hadisələrində ittiham olunurdu və axtarışdadır. Ancaq cənab Əliyev Azər Səmədovun saxlanması haqqında prokurorluqda hələ məlumat olmadığını da dedi.

DEVAMM-ın rəhbəri İlqar İbrahimoğlunun sözlərinə görə isə, Azər Səmədov yalnız 16 oktyabr hadisələrinin monitorinqiylə məşğul olub.


XS
SM
MD
LG