Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:25

Ermənistanın qazı kəsildi


Ermənistana qaz təchizatı ən azı qarşıdakı 5 gün üçün dayanıb.

Rusiyadan Ermənistana gedən qaz kəmərində Gürcüstan ərazisində qəza baş verib.

Bu barədə Gürcüstanın enerji naziri yanvarın 9-da məlumat verib. Nazirin sözlərinə görə, təmir işləri azı 5 gün çəkəcək. O bildirib ki, Ermənistan təmir müddətində özünün qaz ehtiyatlarından istifadə edəcək.

Ermənistana qaz göndərən Rusiyanın Qazprom şirkəti qəzadan narahat olduğunu bildirib və təchizatın bərpa olunması üçün öz köməyini təklif edib.

Moskva ilə Tbilisi arasında diplomatik əlaqələr ötən ilin avqustunda qısa müddətli müharibədən sonra kəsilib.

XS
SM
MD
LG